WhatsApp ləğv olunan funksiyanı bərpa etdi

27-06-2020, 00:08           
WhatsApp ləğv olunan funksiyanı bərpa etdi
WhatsApp-da ləğv edilən qısa yol yenidən bərpa olunub.

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Messenger Rooms-un WhatsApp-a inteqrasiyası zamanı tətbiqdəki kamera qısa yolu ləğv edilmişdi. Ancaq istifadəçilərin narazılığını nəzərə alaraq funksiya yenidən bərpa olunub.

WABetaInfo tərəfindən aşkar edilən dəyişiklik tətbiqin 2.20.194.11 versiyasında qarşımıza çıxır. Kamera qısa yolu sayəsində qarşı tərəfə sürətli şəkildə foto göndərrmək mümkündür.

Videozəng xüsusiyyətinin çox istifadə edilmədiyini düşünsək, WhatsApp-ın verdiyi bu yanlış qərara düzəliş etməsi sevindiricidir.

Bundan əlavə, qeyd etmək yerinə düşər ki, WhatsApp qruplarındakı “oxundu” problemi hələ də həll olunmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.