Koronavirus infeksiyası ilk dəfə Pekinin ən böyük topdansatış bazarlarından biri olan "Sinfadi"də aşkarlanıb.
Teref.Az APA-ya istinadən xəbər verir ki, sözügedən bazarın rəhbərliyi bildirib ki, koronavirus ilk olaraq üzərində balıq doğranması üçün nəzərdə tutulmuş lövhədə aşkarlanıb.
Həmin lövhənin bazara xaricdən idxal edildiyi vurğulanıb.