Dalğıc çayın dibindən 17 min dollarlıq üzük tapdı və sahibinə qaytardı

28-06-2020, 09:12           
Dalğıc çayın dibindən 17 min dollarlıq üzük tapdı və sahibinə qaytardı
ABŞ-ın Kaliforniya ştatında dalğıc Sakramento çayından dəyəri 17 min dollar (28 900 manat) olan üzük tapıb.

Xəbəri UPI agentliyi yayıb.

“Merman Mike” “YouTube” kanalının müəllifi Mayk Pelli bildirib ki, ona müraciət edən izləyicilərindən biri çayda itirdiyi üzüyün tapılmasında kömək istəyib.

Mahir üzgüçü və dalğıc olan M.Pelli bir neçə uğursuz cəhddən sonra itən üzüyü suyun dərinliyindən çıxararaq sahibinə təhvil verib.

Üzüyün sahibi M.Pelliyə 1 500 dollar (2 550 manat) pul mükafatı təqdim edib.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru