Telegram-a kriptovalyuta zərbəsi: 18,5 milyon dollar cərimə ödəyəcək

28-06-2020, 09:55           
Telegram-a kriptovalyuta zərbəsi:
Bir müddətdir, gündəmdə olan Telegram Kriptovalyuta layihəsi başlamadan bitib. Mesajlaşma tətbiqinin sahibi Pavel Durov Telegram Open Network (TON) adlandırdığı rəqəmli pul platformasının yaradılmasından vaz keçib.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Fond Birjası Komissiyasının (SEC) açıqlamasına görə P.Durovun 18,5 milyon dollar cərimə ödəyəcəyi dəqiqləşib. Bundan başqa, investorlardan alınan pullar da sahiblərinə qaytarılacaq.


Bu layihənin həyata keçirilməsi üçün 1,2 milyon dollardan artıq vəsait toplayan P.Durov cərimədn qurtulmaq üçün bir aydır, mücbarizə aparırdı. SEC ilə Telegram arasındakı "müharibə"nin "tarix"i isə ötən ilin sentyabrına qədər uzanır.


ABŞ Fond Birjası Komissiyasının açıqlamasında o da deyilir ki, Pavel Durov birja qaydalarını pozub. Həyata keçirmək istədiyi layihələri isə əvvəlcədən elan etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru