Məşhur cərrah Mərkəzi Gömrük Hospitalından getdi

28-06-2020, 15:53           
Məşhur cərrah Mərkəzi Gömrük Hospitalından getdi
Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tanınmış transplantoloq, ümumi cərrah Mircəlal Kazımi pandemiya səbəbindən bu xəstəxanadan ayrılıb.

Bu barədə M.Kazımi özü məlumat verib. O qeyd edib ki, Mərkəzi Gömrük Hospitalındakı işindən müvəqqəti olaraq ayrılıb: “Bildiyiniz kimi, Mərkəzi Gömrük Hospitalı pandemiyalı xəstələr üçün ayrılıb. Bu çətin dövrdə xəstəxana həqiqətən üzərinə böyük yük götürüb. Buradakı əməkdaşlar fədakarcasına xəstələrə xidmət göstərirlər. Xəstəxana yalnız COVİD-19 xəstələrini qəbul etdiyindən, digər xəstələrimizin, xüsusilə də qaraciyər və böyrək transplatasiyası əməliyyatına ehtiyacı olanların müayinə və müalicəsi üçün artıq Mərkəzi Klinikada fəaliyyət göstərirəm”.

Qeyd edək ki, M.Kazımi 2008-ci ildən 2018-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.Modern.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.