Mələklərin ağlı necə olur?

29-06-2020, 00:01           
Mələklərin ağlı necə olur?
Ağıl sözünü müxtəlif mənaları vardır. Bu mənaların bəzilərini mələklərə nisbət vermək olar. Mələklərdə olan ağlı ancaq xeyrə xidmət edir. Bunlara aiddir:

1. Xeyri şərdən ayıran ağıl.

2. Özünü tanımağa səbəb olan ağıl.

3. O mənada olan ağıl ki, Allahın qüdrətini dərk edər və Ona pərəstiş edər.

Dünya insanlarına aid olan ağılın növlərindən biri və ən çox yayılmışı - instrumental intellektdir ki, ancaq dünya işlərinə aid edilir. İnsanın axirəti ilə işi olmaz. O ağıldır ki, insanı meyil və arzularına çatdırar. Ona görə də bu cür ağıl çox vaxt nəfsi istəklərə xidmət edər və insan təbiətinə hakim olar.

Belə bir ağıl elə bir şüurdur ki, insan onun yardımı ilə həyatını sahmana salar. Dünya həyatında istədiklərini əldə edər. Əlbəttə ki, belə ağlı mələklərə nisbət vermək olmaz. (Beytutə)

Beləliklə deyə bilərik ki, mələklərin də ağlı vardır, ancaq bu ağıl Allaha pərəstiş etməyə və axirət işlərini görməyə xidmət edən bir ağıldır.

İnsanlarda olan ağlın bəzi növləri mələklərdə yoxdur. Bu ağıldan biri də instrumental intellektdir. Çünki belə ağıl ancaq dünya işlərinə aid ağıldır və dünya işlərini həll edə bilir. Axirət ilə işi yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.