İran Səhiyyə Nazirliyindən qorxunc proqnoz: COVID-19 pandemiyası üç il davam edəcək

29-06-2020, 00:35           
İran Səhiyyə Nazirliyindən qorxunc proqnoz:
Moderator.az RİA Novosti-yə istinadən bildirir ki, Koronavirus pandemiyasının daha iki-üç il davam edə biləcəyi haqqında İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari xəbər yayıb. “Əvvəlki pandemiyaların təcrübəsini nəzərə alsaq, yeni yaranan COVID-19 pandemiyası daha iki-üç il ərzində dünyanı bürüyəcək”- xanım sözçü deyib.
“COVID-19-un ilk dalğası (yayılması) İranda davam edir. Geniş coğrafiyanı və müxtəlif iqlimləri nəzərə alaraq, ölkənin müxtəlif bölgələri və vilayətləri epidemiyanın ilk dalğasının müxtəlif mərhələlərindədir “- deyə Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.
O, son vaxtlar xəstələnmə statistikasının artmasının səbəbini ölkədə yeni infeksiyaların daha aktiv şəkildə aşkarlanması ilə əlaqəli olduğunu söylədi. Bundan əlavə, onunsözlərinə görə, isti iqlimi olan ərazilərdə yerli sakinlər COVID-19 təhlükələrinə az əhəmiyyət verdilər, buna görə də tibbi qaydalara daha az əməl etdilər.
Bu ərazilərə Xuzistan və Hormozgan, yəni ən əlverişsiz epidemioloji şəraiti olan “qırmızı” vilayətlər daxildir. Ayrıca olaraq o, Dünya Səhiyyə Təşkilatının proqnozlarına istinadən koronavirusun ikinci dalğasının yayılma ehtimalına diqqət çəkərək, ölkənin ən pis vəziyyətləri hesablamağa ehtiyac olduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru