Azərbaycanda xarici birjaya pul qoyanların - GƏLİRLƏRİ KƏSKİN ARTIB
29-06-2020, 08:57
Azərbaycanda xarici birjalara yatırılan vəsaitlər artıb, eləcə də belə yatırım edənlərin gəlirlərində ciddi artım olub.
FED.az xəbər verir i, «BTB Kapital» investisiya şirkətinin müştəriləri pandemiya dövrünü müsbət dəyərləndirib. Belə ki, şirkətin müştəriləri riskli sayılan son 3 ayda – martın ortalarından iyunun ortalarınadək - gəlirlərini 56%-dən çox artırıblar.
Eləcə də birjaya yatırılan vəsaitlər artıb. Belə ki, martın 19-dan BTB Kapital investisiya şirkətinin Xarici bazar hesabında kiçik məbləğ – cəmi – 25 dollar olduğu halda, dövrün sonunda bu məbləğ 189 min dollara çatıb.