“Xəstəxanalarda süni nəfəs aparatına ehtiyacı olanların sayı artıb”

29-06-2020, 11:47           
“Xəstəxanalarda süni nəfəs aparatına ehtiyacı olanların sayı artıb”
“Son 14 gündə yoluxanların sayı 50 faiz artıb. Bu çox ciddi rəqəmdi və artım davam edir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, yoluxanların sayının artması Azərbaycan səhiyyə sisteminə təzyiq edərək ciddi gərginlik yaradır:

“Xəstəxanalarda, müalicə müəssisələrində böyük gərginlik hiss olunur. Pandemiya başlayan vaxtda müraciət edən xəstələrin sayı və ağırlıq dərəcəsi fərqli idi. İndi müraciət edənlərin tam əksəriyyəti ağırlşamış vəziyyətdə müraciət edirlər. Reanimasiyaya və süni nəfəs aparatına ehtiyacı olanların sayı artıb. Dünyada situasiya stabilləşib. Bu əks epidemik tədbirlərin həyata keçirilməsi nəticəsində əldə olunub. Mən istəyirəm ki, bütün tədbirləri sərtləşdirək. Müşahidələr göstərir ki, indiki tədbirlər effektini vermir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru