General-mayor Levon Stepanyan ermənilərin kütləvi fərariliyindən danışdı

14-11-2020, 09:02           
General-mayor Levon Stepanyan ermənilərin kütləvi fərariliyindən danışdı
Ermənistan hakimiyyəti və hüquq-mühafizə orqanları Qarabağda müharibə zamanı çoxsaylı fərarilik hallarının araşdırılmasına başlamalıdırlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, respublikanın keçmiş hərbi komissarı, general-mayor Levon Stepanyan “Sputnik Ermənistan” radiosunun efirində bildirib.

“Hərbi mövqelərini tərk edən çoxsaylı fərarilərin olması döyüş əməliyyatlarının bir çox iştirakçısı və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təsdiqlənir. Biz bu vəziyyətdə nə edək? Əlbəttə, heç kəsə bağışlamaq olmaz. Amma digər tərəfdən, bu qədər sayda insanı cinayət məsuliyyətinə cəlb etmək də çətin ki, mümkün olsun”, - general-mayor deyib.

Stepanyanın sözlərinə görə, bu qədər insanı həbs etmək mümkün deyil, buna görə də onları cəzalandırmaq üçün alternativ yol tapmaq lazımdır. Əgər indi hakimiyyət bu fərarilik hallarına göz yumsa, bu, təhlükəli presedent ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru