Ermənistanda qanunverici orqan parçalanır - Paşinyana ŞOK ZƏRBƏ

14-11-2020, 10:39           
Ermənistanda qanunverici orqan parçalanır - Paşinyana ŞOK ZƏRBƏ
Ermənistan parlamentinin hakim fraksiyası “Mənim addımım”da millət vəkilləri arasında ciddi narazılıq yaranıb. Onlar fraksiyanı kütləvi şəkildə tərk etməyə başlayırlar.

Publika.az xəbər verir ki, Qarabağla bağlı mövcud razılaşmalardan narazı olan fraksiya liderləri bildirib ki, Nikol Paşinyanın onlara informasiya vermədən bəyanat imzalaması həyatlarını təhlükə altına atıb.

Deputatlar narazı kütlə səbəbilə rahat şəkildə küçəyə belə çıxa bilmədiklərini dilə gətirirlər.

Qeyd edək ki, daha əvvəl "Mənim addımım" blokundan olan deputat Vardan Atabekyanın Qarabağ məsələsində fikir ayrılıqlarına görə fraksiya sıralarını tərk etdiyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru