Ermənilərdən Cəbrayılda misli görünməyən murdarlıq - VİDEO

15-11-2020, 10:40           
Ermənilərdən Cəbrayılda misli görünməyən murdarlıq - VİDEO
Erməni işğalından azad olunan ərazilərimizdən yayılan videolara baxdıqca, adam dəhşətə gəlir. Videolardan görünür ki, qəddar düşmən işğal etdiyi torpaqlarımızda daşı-daş üstündə qoymayıb.

Ən vəhşi mənzərə isə qəbirstanlıqlarımızın darmadağın edilməsidir. Düşmən o qədər kinli olub ki, hətta məzarlarda yatan ölüləri də rahat buraxmayıb.

KONKRET.az Cəbrayıl rayonununun işğaldan azad edilmiş Horovlu kəndindən çəkilmiş videogörüntünü təqdim edir.

Dəhşətli mənzərədir. Ermənilər kənd qəbiristanlığında bütün məzarları eşərək, başdaşılarını aparmaq bir yana qalsın, cəsədələrin qalıqlarını çıxararaq təhqir edib, insan sümüklərini ətrafa yayıblar… Bu, dünyada görünməmiş vəhşilik, murdarlıqdır…













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru