“Nikol Paşinyan, odekolonunuzu, konyakınızı qaytaracağam, təki istefa verin”

17-11-2020, 16:38           
“Nikol Paşinyan, odekolonunuzu, konyakınızı qaytaracağam, təki istefa verin”
Müxalif “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları Milli Məclisin iclasını boykot ediblər.

Teref.az xəbər verir ki, müxaliftəçi deputatlar iclasda yalnız Ermənistan Baş nazirinin istefasının müzakirə oluna biləcəyini deyiblər.

“Parlamentdə Qarabağla bağlı Ermənistan üçün fəlakət sayılacaq bir bəyanatı imzalayan Nikol Paşinyanın istefasından başqa hər hansı məsələ müzakirə mövzusu olmamalıdır”, – deyə “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zöhrabyan vurğulayıb.

O daha sonra əlavə edib ki, Nikol Paşinyan Qarabağ barədə açıqlama verərkən gözlərində acı olduğunu yalnız bir dəfə – konyakı və odekolonunun itməsinə təəssüf edərkən görüb. “Nikol Paşinyan, odekolonunuzu, konyakınızı qaytaracağam, təki istefa verin”, – deyə Zöhrabyan Baş nazirdən istefa verməyi tələb edib.

Lakin müxalifətçi deputatların tələbləri nəzərə alınmayıb. Onlar gündəliyi qəbul etməyərək iclas salonundan çıxıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru