Bakı Beynəlxalq Avtovağzalının rəhbəri otel açdı

18-11-2020, 11:43           
Bakı Beynəlxalq Avtovağzalının rəhbəri otel açdı
Bakı Beynəlxalq Avtovağzalının rəhbəri Səidə Baxşıyeva daha bir otelin sahibi olub.

"MediaPost" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, “Baku Vinter Park Hotel Company" MMC dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər pr. Ev.153. olan şirkətin nizamnamə kapitalı 1000 manat təşkil edir.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi S.Baxşıyeva “Bakı XXI Əsr” MMC-nin direktorudur. Bu barədə Azərbaycanın kommersiya təşkilatları reyestrində deyilir. Mediada yer alan məlumatlara görə, S.Baxşiyeva “Shahdag Hotel Company”, “Yeni İntourist Hotel Company”, “Yeni Bilgəh Hoteli”, “Baku Boulevard Hotel Company” və “Baku Hospitality Company” şirkətlərinin də rəhbəridir. Bu şirkətlər "Absheron Holtel Group"a daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru