ÜST: Avropada hər 17 saniyədə koronavirusdan bir nəfər ölür

20-11-2020, 01:19           
ÜST: Avropada hər 17 saniyədə koronavirusdan bir nəfər ölür
“Avropa qitəsində hər 17 saniyədə koronavirusdan bir nəfər həlak olur”.

Virtualaz.org “Haber Global”a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Bürosunun direktoru Hans Kluge deyib.

ÜST rəsmisi hazırda koronavirus pandemiyasının mərkəzinin Avropa və Amerika olduğunu qeyd edib. Onun sözlərinə görə, Avropa regionuna daxil olan 53 ölkədə son həftə ərzində 4 milyona yaxın, ümumilikdə isə 15,7 milyon koronavirusa yoluxma halı qeydə alınıb.

ÜST rəsmisi onu da bildirib ki, Avropa regionunda gündəlik təxminən 4500 ölüm halının qarşısını almaq mümkün görünür, amma bunun üçün insanlar qaydalara ciddi riayət etməli və yanlış informasiyalara qarşı tədbirlər görülməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru