Rusiya Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı məlumat yaydı

17-01-2021, 00:17           
Rusiya Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı məlumat yaydı
Rusiya Müdafiə Nazirliyinin sülhməramlıları Dağlıq Qarabağda vəziyyətin gecə-gündüz izlənilməsi və atəşkəs rejiminə əməl olunmasına nəzarəti 27 müşahidə məntəqəsində həyata keçirir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rusiya sülhməramlıları noyabrın 23-dən Qarabağda 530 hektar ərazini, 201 kilometrdən çox yolu minalardan təmizləyib, 751 tikilini yoxlayıb və partlayış təhlükəsi olan 23 530 obyekt aşkar olunaraq zərərsizləşdirilib.

Nazirlik bölgədə hər hansı insidentin baş verməsi barədə məlumat açıqlamayıb












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.