İlon Mask karbon qazının saxlanılması metodunu hazırlayana 100 mln. dollar vəd edib

22-01-2021, 07:56           
İlon Mask karbon qazının saxlanılması metodunu hazırlayana 100 mln. dollar vəd edib
Amerikalı iş adamı İlon Mask karbon qazının saxlanılması üçün ən effektiv metodu işləyib hazırlayana mükafat vəd edib.

APA xəbər verir ki, milyarder bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Karbonun saxlanılması üçün ən yaxşı texnologiya müqabilində 100 milyon dollar mükafat verəcəm. Daha ətraflı gələn həftə”, - deyə milyarder qeyd edib.

Bundan əvvəl İlon Mask Marsda müstəmləkə salınmasına sərmayə yatırmaq üçün bütün əmlakını satmaq niyyətində olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru