Ən iri aysberq parçalanıb

31-01-2021, 00:51           
Ən iri aysberq parçalanıb
Nə vaxtsa sahəsi demək olar, 6 min kvadrat kilometr təşkil etmiş nəhəng aysberq yenidən parçalanıb və tezliklə onun böyüklüyündən çox az şey qalacaq.

Peyk çəkilişlərinin göstərdiyi kimi, hazırda aysberq iki iri və çoxlu sayda kiçik parçalardan ibarətdir. Onlar hələlik birlikdə Cənubi Georgiyanın135 kilometr cənub-şərqində - Britaniya ərazisində «lövbər salıblar». Böyük ehtimalla, tezliklə bu parçaların yolları ayrılacaq.

Şərti olaraq, «A68a» işarələnmiş aysberq üç ildən artıq bir dövr üçün dünyanın ən nəhəngi olaraq qalıb. Onun ölçüləri Uelsin dörddə biri, iki Moskva (şəhər ətrafı ilə birlikdə), bütöv Nyu-Cersi və İsrailin sahəsi qədər qiymətləndirilib.

Nəhəng aysberq Atlantikadan uzaqlaşdıqca, yumşaq iqlim və Cənubi Alantikanın aqressiv dəniz mühiti öz işini görüb.

Ötən ilin sonunda narahatlıq yaranıb ki, hələ də nəhəng olaraq qalan “A68a” Cənubi Georgiyanın ekoloji sistemini fəlakətə düçar edə bilər - əgər sahil yaxınlığında «oturarsa».

Məsələ burasındadır ki, buz divarı adada yaşayan pinqvinlərin və dəniz pişiklərinin qidaya girişini bağlaya bilər. Ancaq aysberqin bölünməsi böyük hesabla, belə ssenarini istisna edir.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.