Övladı olmayan cütlük analiz verdi, çıxan nəticə ŞOK ETDİ

1-02-2021, 00:07           
Övladı olmayan cütlük analiz verdi, çıxan nəticə ŞOK ETDİ
Övladları olmayan evli cütlük analiz veriblər, dəhşətli həqiqət dünyanı şoka salıb

“Yeni Gündəm” bildirir ki, ABŞ-da süni mayalanma yolu ilə övlada sahib olmaq istəyən cütlük klinikaya gedərək DNT analizi verib. Nəticə təkcə onları yox, bütün dünyanı şoka salıb.

Missisipidə baş verən bu hadisənin sorağı qısa zamanda bütün dünyaya yayılıb. Övladları olmayan cütlük çarəni süni mayalanmada görüb. Bu məqsədlə klinikada DNT analizi verən cütlüyün əkiz olduqları üzə çıxıb.

Bununla bağlı klinikanın həkimi İngiltərənin “San” nəşrinə açıqlama verib:

“Müalicə müddətində adətən genetik keçmişi bilmək üçün qadın və kişidən DNT nümunələri götürürük. Bu, ənənəvi bir prosesdir və normalda iki nümunə arasında bağlılıq olub-olmadığına fikir vermirik. Ancaq bu dəfə laboratoriyanın assistentləri iki nümunədəki bənzərliyi görəndə təəccüblənib. Əvvəlcə onların qan qohumu olduqlarını düşünüblər. Ancaq genetik oxşarlıq qohumluqdan da uzağa gedən bir tablo ortaya çıxarıb. Hər iki xəstənin doğum tarixinin eyni olduğunu görəndən sonra onların əkiz olduğuna şübhə yeri qalmayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru