DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: qardaş ölkədə 4 qardaş və ataları ölümdən döndü – ANBAAN VİDEO
1-02-2021, 04:13

Türkiyədə torpaq mübahisəsi səbəbilə düşmən olduğu iddia edilən ailələr arasında dava düşüb.
Teref.az MediaBaku.az-a istinadən xəbər verir ki, Mardinin Qızıltəpə mahalında torpaq mübahisəsi səbəbi ilə baş verən silahlı davada 4 ögey qardaş və ataları Mahmut Kılınç yaralanıb.
Dava anının görüntülərində bir avtomobilin onların üstünə sürətlə sürülməsi və insanların əlindəki uzun lüləli silahlar diqqət çəkib.
5 NƏFƏR YARALANDI
Tezliklə mübahisə böyüdü və silah istifadə edərək davaya çevrilib. Davada ata Mahmut Kılınç və 4 qardaş yaralanıb. Ətrafdakı insanların xəbəri üzərinə hadisə yerinə polis və təcili-tibbi yardım əməkdaşları gəlib. Yaralılar təcili yardımın ilk müdaxiləsindən sonra Qızıltəpə Dövlət Xəstəxanasına aparılıb. Yaralananlardan biri olan Mahmut Kılınçın vəziyyətinin ağır olduğu bildirilir.
QAÇAN ŞÜPHƏLİLƏR AXTARILIR.
Polis hadisənin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri alıb və davada iştirak edən şəxsləri müəyyənləşdirmək və tutmaq üçün əməliyyata başlayıb.
DƏHŞƏT VERƏN GÖRÜNTÜLƏR.
Dava zamanı ortaya çıxan görüntülərdə isə bir avtomobilin insanların üzərinə sürətlə sürülməsi yer alır. İki nəfərin sürətlə gələn avtomobilin altında qalaraq yerdə sürünməsi izləyənləri dəhşətə gətirib. Videonun bir digər diqqət çəkən məqamı da şübhəlilərin əlindəki uzun lüləli silahların olması olub.
MediaBaku.az sözü gedən görüntüləri təqdim edir: