Qocalar evinin bütün sakinləri “Pfizer” peyvəndindən sonra koronavirusa yoluxdular

2-02-2021, 07:40           
Qocalar evinin bütün sakinləri “Pfizer” peyvəndindən sonra koronavirusa yoluxdular
İspaniyanın Laqartera şəhərinin qocalar evində koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Teref.az xəbər verir ki, burada yaşayan 78 nəfərin hamısı xəstələnib. Maraqlısı isə odur ki, yaşlıların hamısı “Pfizer” peyvəndi vurulduqdan sonra virusa yoluxublar. Onlardan yeddisi artıq vəfat edib.

Bu barədə Rusiyanın NTV telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, qocalar evinin sakinləri yanvarın 13-də vaksinasiya olunublar.

İlk günlərdə 9 nəfərdə koronavirus əlamətləri aşkar olunub. Sonradan xəstəlik tədricən müəssisənin bütün sakinlərinə keçib.

Hazırda dörd nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru