Ermənistanın yüksək vəzifəli məmurlarının “kazino”da görüntüləri yayıldı

3-02-2021, 10:45           
Ermənistanın yüksək vəzifəli məmurlarının “kazino”da görüntüləri yayıldı
Ermənistanın bir neçə yüksək vəzifəli məmurunun “kazino”da çəkilən görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb. Bildirilib ki, fotoda, Ermənistanın Dövlət Gəlirləri Komitəsi rəhbərinin müavini Rafik Məşədyan, “Zvartnots” gömrük şöbəsinin rəisi Tiqran Zakaryan və komitənin daha bir zabiti görünür.
Qəzetin iddiasına görə, bəhs edilən foto Soçidə yerləşən qumarxanalardan birində çəkilib.
Bu barədə Məşədyanla əlaqə saxlayan erməni jurnalistlər foto barədə ona suallar ünvanlayıblar. O isə “istədiyinizi yayımlayın, bir də cəsarət edib mənə zəng etməyin”-deyə bildirib.
Qeyd edək ki, Rafik Məşədyan Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın yaxın qohumudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru