“Rosselxoznadzor” Azərbaycandan pomidor idxalına icazə verib

4-02-2021, 00:03           
“Rosselxoznadzor” Azərbaycandan pomidor idxalına icazə verib
Fevralın 5-dən etibarən “Rosselxoznadzor” AQTA-nın zəmanəti altında Azərbaycandan pomidor idxalına icazə verib.

“Rosselxoznadzor” 12 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə verib

Sputnik Azərbaycan “Rosselxoznadzor”un mətbuat xidmətinə istinadla bildirir ki, fevral ayının 5-dən etibarən 12 Azərbaycan müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib.

"Rosselxoznadzor” tərəfindən bitki mənşəli məhsulların tədarükü ilə bağlı mövcud məhdudlaşdırmaların aradan qaldırılması məqsədi ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə Azərbaycan müəssisələrində məhsulunun güvəsinə yoluxmaması üçün video yoxlamalar aparır.

Yanvarın 14-dən 29-na kimi müəssisələrdən götürülən nümunələrin fitosanitar ekspertizasının mənfi nəticəsi nəzərə alınaraq, fevralın 5-dən etibarən “Rosselxoznadzor” AQTA-nın zəmanəti altında Azərbaycandan pomidor idxalına icazə verib.

“Rosselxoznadzor” pomidor idxalına icazə verdiyi Azərbaycan müəssisələrinin adlarını da açıqlayıb. Bunlar Bakı şəhəri, Sabirabab, Abşeron və Kürdəmir rayonlarında yerləşən müəssisələrdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru