Ordumuzun ermənilərə qadağasının “səbəbi” açıqlandı - İLGİNC

4-02-2021, 12:24           
Ordumuzun ermənilərə qadağasının “səbəbi” açıqlandı - İLGİNC
Ordumuzun Qarabağdakı döyüş meydanlarında erməni əsgər meyitlərinin axtarılmasını qadağan etməsinin “səbəbi” açıqlanıb.

Axar.az xəbər verir ki, erməni mediası bunun azad edilən ərazilərdə Azərbaycan Ordusunun “müəyyən işlər görməsi” ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusu ötən gündən erməni axtarış qruplarına Qarabağdakı döyüş meydanlarında əsgər meyitlərinin axtarılmasını qadağan edib. Qeyri-rəsmi məlumata görə, buna səbəb Ermənistanın Qarabağda basdırılan mina xəritələrini və Murov ətrafında Azərbaycan əsgərlərinin dəfn edildiyi yerin dəqiq ünvanını verməməsidir.

Bu vaxta qədər isə Azərbaycan Ordusunun yaratdığı şərait nəticəsində Qarabağdakı döyüş meydanlarında 1355 erməni əsgərin meyiti tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru