Hiçkokun məşhur filmi reallaşdı: Quşlar şəhəri “istila” etdi - VİDEO

5-02-2021, 08:38           
Hiçkokun məşhur filmi reallaşdı: Quşlar şəhəri “istila” etdi - VİDEO
Ukraynanın Odessa şəhərinin səması sığırçın istilasına məruz qalıb.

Yerli sakinlər yaşayış binalarının üstündə dövr edən minlərlə köçəri quşun videolarını yayımlayıb.

Bu barədə “Vgorode” xəbər yayıb.

Bildirilir ki, dəstə-dəstə quşları şəhərin bütün ərazilərində müşahidə etmək mümkündür.

“Onlar damlarda toplaşırlar, praktiki olaraq boş məkan qalmır. Bununla da odessalıları çox qorxudurlar”, - deyə məlumatda bildirilib.

Ornitoloqların dediklərinə görə, sığırçınlar köçəri quşlardır və qışlamaq üçün daha isti ölkələrə gedirlər. Dekabr ayı isti keçdiyindən quşlar Odessada qalıblar. Şaxtalar başlayanda isə onların yemək axtarmaq üçün şəhərə getməkdən başqa çarələri qalmayıb.paraler.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru