“Coca-Cola”nın 8 ölkə üzrə PR direktoru vəzifəsinə azərbaycanlı təyin edildi

5-02-2021, 17:03           
“Coca-Cola”nın 8 ölkə üzrə PR direktoru vəzifəsinə azərbaycanlı təyin edildi
Azərbaycanlı mütəxəssis Elşad Fərzəliyev dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru təyin edilib. Yeni vəzifədə Elşad Fərzəliyev “Coca-Cola” şirkətinin Azərbaycan, Qazaxıstan və Özbəkistan da daxil olmaqla regionun 8 ölkəsində qlobal şirkətin və onun brendlərinin nüfuzunun qorunması, PR strategiyasının hazırlanması, dövlət qurumları və ictimaiyətlə əlaqələr, sosial məsuliyyət proqramlarının inkişafı kimi məsələlərə rəhbərlik edəcək.

Elşad Fərzəliyev 2014-cü ildən “Coca-Cola” şirkətində işə başlayıb və burada ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində bir sıra rəhbər vəzifələri icra edib.

“Coca-Cola” şirkəti ilə əməkdaşlığa başlamazdan öncə də o, bir çox yerli və xarici şirkətlərdə, beynəlxalq layihələrdə PR və kommunikasiya sahəsi üzrə uğurlu işlərə imza atıb.

Qeyd edək ki, milyardlarla insanın tanıdığı və sevdiyi sərinləşdirici içkiləri istehsal edən “Coca-Cola” şirkəti dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru