Qərb bölgəsində zəlzələ: Evlərin divarlarında çatlar yaranıb

5-02-2021, 23:57           
Qərb bölgəsində zəlzələ: Evlərin divarlarında çatlar yaranıb
Xəbər verdiyimiz kimi, Azərbaycanın Qərb bölgəsində zəlzələ olub. Zəlzələ Gədəbəy, Şəmkir, Qazax, Tovuz rayonlarında daha çox hiss olunub.

Cebhe.info-ya daxil olan məlumata görə, Gədəbəydə yeraltı təkanlar nəticəsində bəzi evlərə zərər dəyib, evlərin divarlarında böyük çatlar yaranıb.

"Bir anlıq ev silkələndi. Sobanın üzərində olan çaydan yerə düşəndə anladıq ki, zəlzələdir. Hamımız çölə qaçdıq. Bəzi evlərin divarlarında çat yarandı. Hazırda sakitlikdir",-deyə rayon sakinlərindən biri saytımıza açıqlamasında bildirib.

Zəlzələnin əsas episentri Emənistanın Ararat rayonu olub. Məlumata görə, orada yeraltı təkan 5.1 bal gücündə hiss olunub və bizim rayonlarımıza da təsir edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru