ÜST: Dünyada COVID-19 əleyhinə peyvənd olunanların sayı yoluxanların sayını ötüb

6-02-2021, 06:47           
ÜST: Dünyada COVID-19 əleyhinə peyvənd olunanların sayı yoluxanların sayını ötüb
Dünyada koronavirusa qarşı peyvənd olunan insanların sayı pandemiya dövründə yoluxanların sayını ötüb.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Peyvənd olunanların say artımı ilə bağlı statistikanın xoş xəbər olduğunu deyən Baş direktor bildirib ki, bu, diqqətəlayiq bir nailiyyətdir.

T.A. Qebreyesus əlavə edib ki, peyvəndlərin dörddə üçündən çoxu yalnız 10 ölkədə baş verir. O, bu tendensiyanın digər dövlətlərdə də dinamik xarakter almasının zəruriliyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru