“Koronavirus pandemiyası 7 il davam edəcək” - Bloomberg

6-02-2021, 06:04           
“Koronavirus pandemiyası 7 il davam edəcək” - Bloomberg
Koronavirus pandemiyasının sönməsi üçün Yer əhalisinin 75%-ni peyvəndləmək lazımdır, buna isə indiki templə yeddi il lazım olacaq.

Sfera.az xəbər verir ki, bu barədə "Bloomberg” bildirir.

Agentliyin məlumatına görə, dünyada gündəlik olaraq "COVID-19”a qarşı 4,5 milyondan çox vaksin vurulur. Nəzərə alsaq ki, hər insana preparatın iki dozu vurulmalıdır, demək, planetin böyük hissəsinin peyvəndlənməsi üçün təxminən yeddi il lazım olacaq.

ABŞ-da bu proses 11 ay davam edəcək. Orada gün ərzində 1,3 milyon peyvənd vurulur. Problemin öhdəsindən daha yaxşı əhalisinin 21%-i vaksinasiya olunmuş İsrail (hər 100 nəfərə 58 doz) və Birləşmiş Ərəb Əmirlikləri (hər 100 nəfərə 35,8 doz) gəlir.

Qeyd olunur ki, bəzi ölkələrdə isə hələ də heç kim peyvənd olunmayıb. Koronavirusa qarşı vaksinin yayılması prosesi nə vaxtsa bəşəriyyət qarşısında duran ən mürəkkəb logistik məsələ olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru