Yuliya Navalnaya Rusiyaya qayıtdı

23-02-2021, 03:04           
Yuliya Navalnaya Rusiyaya qayıtdı
Korrupsiya iddiası ilə həbs edilən rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Almaniyadan Rusiyaya qayıdıb.

Teref.az “Sputnik”ə istinadən xəbər verir ki, hava limanında görüntülənən Y.Navalnaya jurnalistlərin əri ilə bağlı ünvanladıqları suallarını cavabsız qoyub.

Qeyd edək ki, o, fevralın 10-da ölkəni tərk etmişdi.

Xatırladaq ki, fevralın 2-də Moskva məhkəməsi korrupsiya iddiası ilə bağlı Aleksey Navalnını 3,5 il azadlıqdan məhrum edib. Onun ev həbsi və həbsxanada keçirdiyi vaxt nəzərə alınaraq, 2,5 il cəzaçəkmə müəssisəsində qalmasına qərar verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru