Neft 66 dolları ötdü — 75 dollara yüksələ bilər!

23-02-2021, 10:25           
Neft 66 dolları ötdü —
Treyderlər və investisiya bankları üçün yay aylarına qədər vaksinasiya ilə normal həyata qayıdışla neft təchizatı ilə bağlı daralmaları ehtimal etməyə əsas verir. Bu da öz növbəsində neftin son sutkada 2020-ci ilin yanvarından bu tərəfə 66 dollar/barrel səviyyəsindən baha satılmasına səbəb olub.

Londondakı aprel fyuçerslərində Brent markalı xam neft tələblə bağlı yaranmış nikbin baxışlarla 3.7% artımla qiymət qazanıb, bu da öncəki aydan bu tərəfə ən böyük artım dinamikasıdır.

ICE birjasında Brent markalı xam neft 66.36 dollar/barrel, WTI 61.49 dollar/barrel təşkil etməkdədir.

Nüfuzlu “Goldman Sachs Group Inc.” neftin qiymətinin 75 dollar olmasını proqnoz edir. Neftə olan tələbin OPEC+ və digərlərinin təchizatından daha sürətlə artacağını düşünür. Bununla belə, “Morgan Stanley” də neft üçün 2000-ci ildən bu tərəfə ən daralmış rüb olacağını təxmin edir.

“Bazar tələb perspektivi təchizat perspektivindən daha konstruktiv görünür” – deyə, “U.S. Bank Wealth Management” investisiya strateqi Rob Havort düşünür.

Strateq düşünür ki, iqtisadiyyatların açılması və peyvəndin sürətlənməsi bazarda bəs edəcək qədər neftin olub-olmamasını sorğulayacaq.
banker.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru