Azərbaycana daha 500 min doza "Coronavac” vaksini gətirildi

1-04-2021, 15:26           
Azərbaycana daha 500 min doza "Coronavac” vaksini gətirildi
"10 gün əvvəl Çinlə Azərbaycan arasında bağlanan 5 milyon doza ilə bağlı müqaviləyə əsasən Azərbaycana bu gün peyvənd gətirilib".

Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, bu gün 500 min doza "Coronavac” vaksini gətirilib.

V. Qasımov qeyd edib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına müraciəti əsasında müqavilə imzalanıb: "Muqavilə əsasında ilk peyvənd partiyası bu gün Azərbaycana gətirildi. Peyvənd işlərini nə qədər sürətlə aparsaq, ölkədə epidemioloji vəziyyət o qədər stabilləşəcək".

Azərbaycanda vaksinləşmə prosesinə bu il yanvarın 18-dən start verilib. İndiyədək ölkədə ümumilikdə 547 541 nəfər vaksinasiyadan keçib.

Vaksinləşmə vətəndaşlar üçün pulsuzdur (APA).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru