Azərbaycalı hərbçilərin meyitləri təhqir olunub - "Amnesty International"

7-04-2021, 14:19           
Azərbaycalı hərbçilərin meyitləri təhqir olunub - "Amnesty International"
Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda hərbi cinayətlər törədib.

Trend-in məlumatına görə, bu barədə "Amnesty International" təşkilatının məruzəsində deyilir.

Qeyd olunur ki, müharibə vaxtında nümayiş etdirilən videogörüntülərdə hərbi əsirlərlə kobud rəftar, eləcə də azərbaycalı hərbçilərin meyitlərinin təhqir olunması nüşahidə olunub.

"Boğazı kəsilən azərbaycanlı sərhədçinin də ölüm anını qeyd edən görüntülər mövcuddur".

Daha sonra məruzədə bildirilir ki, il ərzində Ermənistanda fikir və toplanma azadlıqları məhdudlaşdırılıb: "Məhdudiyyətlət əvvəlcə mart ayından sentyabradək COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan fövqəladə vəziyyətə görə, daha sonra sentyabrda müharibə ilə əlaqədar hərbi vəziyyətə görə tətbiq edilib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru