Azərbaycanın yüksək vəzifədə çalışan bəzi məmurların xalqdan ogurladıqları pular hesabına özlərinə bahalı villalar və mülklər tikdiyi heç kimə sirr deyil.
teref.az yazır ki, AzToday.az-ın əldə etdiyi məlumata görə, Cəlilabad şəhər Vüqar Mürsəlov küçəsində (Yanğından Mühafizə İdarəsinin yerləşdiyi küçədə) dəyəri 1.5 milyon manat olan bahalı bir villa tikilib. 20 sot ərazidə tikilən villanın sahibi isə Cəlilabad rayonun İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Asif Əzizova məxsusdur. Cəlilabad sakinləri tərəfindən redaksiyamıza verilən məlumata görə, 2 mərtəbəli villa bahalı mebellərlə təhciz olunub. Asif Əzizovun villasında saunanın da olduğu bildirilir.
Asif Əzizovun belə bir bahalı villanı hansı pulla tikdirdiyi maraq doğurmaya bilməz. Üzun müddət yüksək vəzifələrdə çalışan Asif Əzizovun yaxın qohumları və övladları da dövlət işində çalışır. Görünür, Asif Əzizov vəzifədə işləyən zaman yığdığı pullarla özünə belə möhtəşəm saraylar tikib.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.