Erməni çoban Azərbaycan mövqelərinə gələrək əsgərlərimizlə danışdı - VİDEO

7-05-2021, 15:06           
Erməni çoban Azərbaycan mövqelərinə gələrək əsgərlərimizlə danışdı - VİDEO
Ermənistanın Gorus rayonunun Azərbaycanla sərhəddə yerləşən Aravus kəndində bir nəfər də olsun erməni əsgər yoxdur.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.
Məlumatda bildirilir ki, Aravus kəndinin bələdiyyə başçısı Arqam Hovsepyan və kəndin çobanı Azərbaycan əsgərlərinin dayandığı posta gələrək onlarla danışıb. Yayılan video görüntüdə onların yanında erməni hərbçlərin olmadığı görülür. Bələdiyyə başçısının azərbaycanlı hərbçilərlə nə danışdığı barədə məlumat verilmir.
Lakin, qeyd edək ki, bir qədər əvvəl Aravus kəndinin bələdiyyə başçısı Arqam Hovsepyan Ermənistan mətbuatına açıqlamasında vaxtı ilə otlaq ərazisi kimi istifadə etdikləri 63 hektar sahənin Azərbaycanın nəzarəti altına keçdiyini bildirib.
Bələdiyyə başçısı deyib ki, artıq heyvanlarını otarmağa çox az yer qalıb: “Heyvanlarımızı Azərbaycan mövqelərin çox yaxın otarmağa məcbur oluruq”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.