“Pandemiya bitəndə, benzinin qiyməti 2 manat olacaq” - İLGİNC AÇIQLAMA

2-06-2021, 14:39           
“Pandemiya bitəndə, benzinin qiyməti 2 manat olacaq”
“İllər əvvəl neftin qiyməti düşəndə, benzinin də ucuzlaşmasını tələb edənlərə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, o cümlədən SOCAR-ın prezidenti Rövnəq Abdullayev dəfələrlə bu cür izah veriblər. Onlar bildiriblər ki, Azərbaycanda yanacağın ucuzlaşmasının, “qara qızıl”ın qiymətinin qalxıb düşməsi ilə heç bir əlaqəsi yoxdur”.

Bu barədə KONKRET.az-a açıqlamasında tanınmış hüquqşünas Aslan İsmayılov fikir bildirib. O əlavə edib ki, yenə gecə vaxtı, gizli şəkildə benzinin qiymətini qaldırıblar: “Bu gün yenə hamısı bir ağızdan bahalaşmanın dünyada neft qiymətinin artması ilə izah edirlər. Sizin məntiqinizə “quzu kəsim”. Bu məntiqlə pandemiya bitəndə, benzinin qiyməti 2 manat olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru