Qarabağ üçün hər şeyə hazıram - Emin Ağalarov

2-06-2021, 18:01           
Qarabağ üçün hər şeyə hazıram -
Düşünürəm və əminəm ki, yeni ərazilərimiz çiçəklənəcək. Çünki bilirəm, cənab Prezident bunun üçün hər şey edəcək.

Axar.az xəbər verir ki, bu sözləri xalq artisti Emin Ağalarov Baku TV və ASAN Radionun birgə layihəsi olan “Qeyri-Rəsmi” proqramında işğaldan azad edilən torpaqlarımız haqda danışarkən deyib.

O bildirib ki, o da hər bir Azərbaycan vətəndaşı kimi eyni təəssüratı bölüşür:

“Hamımız 30 il idi ki, bunu gözləyirdik. Cənab Prezidentin yeni azad olunmuş torpaqlar haqqında hər çıxışını böyük həyəcanla izləyirdik. Ədalət öz yerini tapdı. Artıq biz ərazi bütövlüyümüzü bərpa etdik. Mən bu münasibətlə respublikamızın hər bir vətəndaşını təbrik edirəm, xoşbəxtlik arzulayıram.

Əgər məni hansısa şəkildə bu işə cəlb etsələr, həmin ərazilərdə lazım gələrsə, inşaat işləri aparmağa, hədiyyə etməyə, ümumiyyətlə, nəyə ehtiyac olarsa, hamısına hazıram”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru