"Azərbaycan əsgərlərinin meyitləri Ermənistanın morqlarında ola bilər" - Avanesyandan ŞOK açıqlama

3-06-2021, 06:23           
"Azərbaycan əsgərlərinin meyitləri Ermənistanın morqlarında ola bilər" -
"Ermənistanın meyitxanalarında yalnız öz əsgərlərimizin qalıqları deyil, Azərbaycan əsgərlərinin də meyitləri ola bilər".

Bu barədə "Sputnik Ermənistan" səhiyyə naziri Anahit Avanesyanın İçtimai Televiziyaya açıqlamasına istinadən məlumat yayıb.

"Morqlarda kimliklərini müəyyən edə bilmədiyimiz bir neçə meyit var. DNT testləri də nəticə vermir. Morqlardakı tanınmaz meyitlər Azərbaycan əgərlərinin də ola bilər. Buna görə də Azərbaycan tərəfi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə daim əlaqə saxlayırıq. Əgər meyitxanadakı tanınmaz cəsədlər və qalıqlar Azərbaycan əsgərlərinə aid olarsa, o zaman beynəlxalq hüquqa görə onları Bakıya təhvil verəcəyik. Eyni addımı onlardan da gözləyirik" - deyə Avanesyan bildirib.

Qeyd edək ki, Avanesyan Qarabağda ölən bəzi əsgərlərin kimliyini müəyyənləşdirilə bilmədiklərini açıqlayıb: "Eyniləşdirmə üçün DNT testləri aparılır. Rusiya və Hollandiyadan olan həmkarları müayinələrin aparılmasında ermənilərə kömək edirlər".

Qeyd edək ki, Ermənistanda aylardır dondurucuda saxlanılan erməni əsgərlərinə aid meyitlər aşkarlanıb və bu səbəbdən erməni valideynlər etiraz aksiyası keçirirlər. Onlar nazirlərin istefasını tələb edilər. Ehtimal ki, erməni səhiyyə naziri Anahit Avanesyan da erməni valideynlərini sakitləşdirmək üçün belə biriyrənc variantdan istifadəı edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru