“Hansısa yad dövlətə niyə dəhliz verməliyik? Nə üçün?” – Serj Sarkisyan

3-06-2021, 17:03           
“Hansısa yad dövlətə niyə dəhliz verməliyik? Nə üçün?” –
“Biz heç kimə dəhliz verə bilmərik. Söhbət hansı dəhlizdən gedir? Yəni, onlara dəhliz verməyə borcluyuq? Hansı sənədə əsasən? Hansı razılaşma ilə? Nə üçün?”.

Bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan bildirib.

Serj Sarkisyan bildirib ki, bu seçkilərdə Nikol Paşinyan və komandasını hakimiyyətdən uzaqlaşdıra bilsələr dəhliz söhbəti də qapanacaq:

“Əminəm ki, hakimiyətə yeni qüvvələr gəlsə, onlar hansısa dəhliz barədə düşünməyəcək. Dəhlizdən söhbət gedə bilməz. Ərazimizin bir hissəsini ayırıb yad dövlətin nəzarəti altına necə verə bilərik? Bu mümkünsüzdür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru