Paşinyan üçtərəfli razılaşma haqda belə dedi: “Bu kağız problemləri həll etmədi”

3-06-2021, 17:06           
Paşinyan üçtərəfli razılaşma haqda belə dedi:
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hesab edir ki, Qarabağ üzrə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 9 noyabr 2020-ci il tarixli üçtərəfli saziş mövcud problemləri həll etməyib.

«Ermənipress» agentliyinin xəbər verdiyi kimi, bu barədə hökumət başçısı Parisdəki erməni icmasının nümayəndələri ilə görüşdə bəyan edib.

«Əsasında müharibəni dayandırdığımız kağız əslində problemləri həll etmədi, çünki sürünən proses davam edir. Məhz bunun dərk olunması Qarabağ məsələsini bundan əvvəl həll etməyə imkan vermədi – bu isə çox dərin, mürəkkəb düyündür ki, həlli mahiyyətcə mümkün deyildi. Çağırışlar aradan götürülməyib, təhlükə həminkidir və bu, hazırda üzləşdiyimiz ən böyük problemdir. Mənim anladığım qədərində erməni xalqı üçün yeni sülh erasını açmaq üçün həmin çağırışlarla qarşılaşmaq qaçılmazdır» – Paşinyan bəyan edib.

Onun sözlərinə görə, zaman göstərir ki, nə güzəştlər, nə çeviklik Ermənistana qarşı təcavüzü azaltmır, onun üçün əlverişli bölgəsel mühitin yaradılması məsələsi həll olunmur. Bununla əlaqədar olaraq, Paşinyan əsas çağırış kimi, «Ermənistan ətrafında formalaşmış təcavüzün idarə olunmasını» görür.

Vovayeviçin dediklərini «it dilindən» adam dilinə çevirsək, aydın olar ki, ən qədim peşə sahibinin övladları heç vaxt verdiyi sözün, çəkdiyi imzanın arxasında olmayıb və bundan sonra da olmayacaq – üçtərəfli noyabr sazişi də eynilə. Türklər isə deyiblər: «Kişi sözünü yeyincə … yesə yaxşıdır». Amma burası da var ki, bu məsəl kişilərə aiddir, qəhbələrin doğduqlarına yox!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.