Beş ildən sonra benzin və dizeldən imtina edəcəyik? – “Elektromobillər gəlir...”

3-06-2021, 17:31           
Beş ildən sonra benzin və dizeldən imtina edəcəyik? –
"Dünyada avtomobil sənayesində benzin və dizel yanacağından imtina prosesi gedir. Artıq hibrid, elektromobil avtomobillərə üstünlük verilir”.

Bunu Sfera.az-a açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfər deyib. O bildirib ki, qarşıdan gələn 5 il ərzində elekriklə çalışan avtomobillərin sayı artacaq:

"Ən çox inkişaf etmiş ölkələrdə demək olar ki, benzin və dizellə idarə olunan avtomobillərin istehsalı tamamilə dayandırılacaq. Əlbəttə, bu zaman benzinə tələb azalacaq. Belə olan halda, nə qədər paradoksal olsa da, benzinin qiyməti yüksəlməyə başlayacaq. Benzin istehsal edən iri şirkətlər xərclərini, məsrəflərini ödəmək üçün bu addımı atacaqlar”.

Ekspert neft qiymətlərindən də söz açıb: "Ötən il neft qiymətlərinin 70 dollar civarında olacağını da demişdim. Hətta 2021-ci ilin sonlarına doğru ola bilər ki, neftin qiyməti 100 dollar civarında olsun. Bütün bu proseslər isə, benzinin getdikcə bahalaşmasına səbəb olacaq”

Qeyd edək ki, ötən gün Aİ-95 markalı benzinin qiyməti qalxaraq 1.40 manat olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.