Şəhərə hücum edən silahlı dəstə ardıcıl qətllər törədib

21-06-2021, 00:04           
Şəhərə hücum edən silahlı dəstə ardıcıl qətllər törədib
Meksikanın Tamaulipas əyalətində silahlı dəstənin fərqli nöqtələrdə həyata keçirdiyi hücumlarda 14 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Redaktor.az bildirir ki, silahlı dəstə ilk olaraq Bienestar məhəlləsində 3 nəfərlik ailə üzvlərini öldürərək avtomobillərini ələ keçirib. Daha sonra isə yaxınlıqdakı dükanı atəşə tutublar və dükan sahibi öldürülüb.


Bundan sonra sözügedən dəstə üzvləri digər cinayət hadisələri də törədiblər. Almaquer məhəlləsində 2 qadın girov götürülüb.

Təhlükəsizlik qüvvələri ilə dəstə arasında baş verən atışma nəticəsində dəstənin bir üzvü öldürülüb, qalanları isə qaçmağı bacarıb.

Orxan İsmayılovшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.