Erməni terrorçu: “44 günlük müharibədə 9000-dən çox itkimiz var”

1-07-2021, 13:10           
Erməni terrorçu:
Ermənistanda hələ də II Qarabağ müharibəsindəki itkilərin sayı dəqiqliklə açıqlanmayıb.

Ermənistan mətbuatına müsahibəsində “Aramo” terrorçu dəstəsinin komandiri Aram Torqomyan bildirib ki, erməni tərəfi 44 günlük müharibə dövründə sadəcə ölülərin sayı baxımından hökumətin açıqladığı rəqəmlərdən iki dəfə çox itki verib.

“Müharibə dayananda Zəngəzurun müxtəlif yerlərində tam şəkildə erməni hərbçilərin cəsədləri ilə dolmuş “Spayk” şirkətinə məxsus soyuducular dayanırdı. Bizim Paşinyanın bildirdiyi kimi üç yox, doqquz mindən çox itkimiz var”, - deyə A.Torqomyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru