Evdən aşkarlanan unudulmuş əsər ailəni milyonçu etdi - FOTO

2-07-2021, 07:20           
Evdən aşkarlanan unudulmuş əsər ailəni milyonçu etdi - FOTO
İlin əvvəlində aşkarlanan və sonradan 18-ci əsrin məşhur rəssamı Jan-Onore Fraqanora məxsus olduğu öyrənilən əsər hərraca çıxarılıb.

Bu barədə UPI məlumat verib.

Hərrac zamanı lotun dəyəri 9,1 milyon dollara (15,4 milyon manat) çatıb. Alıcının kimliyi açıqlanmayıb.

Əsər Fransanın Marna departamentində bir ailənin miras aldığı evdən aşkarlanıb.

“Philosopher Reading” adlı əsər bir neçə əsr həmin evin divarında olub.

Ailə əsəri mütəxəssislərə göstərib. Onlar rəssamın xarakterik imzasını dərhal tanıyıblar. Mütəxəssislərin fikrincə, əsər 1770-ci illərdə çəkilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru