“Tik-Tok” yeddi milyondan çox istifadəçinin hesabını bağladı

2-07-2021, 07:49           
“Tik-Tok” yeddi milyondan çox istifadəçinin hesabını bağladı
Dünyaca məşhur Çin sosial media tətbiqi “TikTok” 13 yaşdan kiçik istifadəçilərə aid olduğu ehtimal edilən yeddi milyondan çox hesabı bağlayıb.

Bu barədə BBC məlumat yayıb.

“Tik-Tok” sosial şəbəkəsinin təhlükəsizlik bölməsinin sədri Korman Kinan bildirib ki, yaşı 13-dən aşağı olan istifadəçilərin hesabının bloklanması azyaşlıları müxtəlif zərərli təsirlərdən qorumaq məqsədi ilə həyata keçirilib.

Bundan əlavə, “Tik-Tok”un yaydığı hesabatda qeyd olunur ki, təxminən 62 milyon müxtəlif səpkili video və iki milyon reklam videosu sosial şəbəkə qaydalarını pozulduğuna görə silinib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.