Yeni qaz limiti nə vaxtdan hesablanacaq? - RƏSMİ

2-07-2021, 13:43           
Yeni qaz limiti nə vaxtdan hesablanacaq? - RƏSMİ
Azərbaycanda abonentlər köhnə qaz tarifindən bu ilin iyul ayının 10-dək istifadə edə biləcəklər. Bu tarixdən sonra qaz istehlakı yeni tariflə hesablanacaq.

Unikal.org-un məlumatına görə, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, iyulun 10-dək "Azəriqaz" sayğacların oxunuşunu, o cümlədən əvvəlcədən ödənişli sayğaclarda proqram təminatı ilə bağlı işləri həyata keçirəcək.

Xatırladaq ki, 30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru