İDDİA: “Ermənistan mina xəritələrini verib…” - «...Xəritələr Rusiya xarici işlər naziri Sergey Lavrovdadır»

2-07-2021, 16:23           
İDDİA: “Ermənistan mina xəritələrini verib…” - «...Xəritələr Rusiya xarici işlər naziri Sergey Lavrovdadır»
“Biz Ermənistana dəfələrlə mina məsələsi ilə bağlı əməkdaşlıq etməyi, məlumatları verməyi demişik”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün qırğızıstanlı həmkarı Ruslan Kazakbayevlə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
“İki gün bundan öncə üç erməni mina partlamasının qurbanı olub. Onlar arasında ölən və yaralananlar var. Mina ermənilər və ya azərbaycanlılar arasında fərq qoymur. Bunun ağır nəticəsini hər kəs görəcək”.

Nazirin açıqlamasını “Sherg.az”a dəyərləndirən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin sözlərinə görə, biz qalib tərəfik, Ermənistan qarşısında boynumuzu bükməli deyilik:

“Ümumiyyətlə, qalib olan tərəfin belə davranışını qəbul etmirəm. Çünki, ermənilər minalı ərazilərin xəritələrini yalvara-yalvara verməli idilər. Ermənistan minalı ərazilərin xəritələrini artıq verib, xəritələr Rusiya xarici işlər naziri Sergey Lavrovdadır. Ona görə də gedib Lavrovdan alsınlar. Ceyhun Bayramov xəritəni tələb etməlidir. Yeni müharibənin başlayacağı ilə bağlı təhdidlər səsləndirmək lazımdır. Qalib tərəflər hər zaman belə edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.