Sürücülərin nəzərinə: "Texpasport"la bağlı yenilik

4-07-2021, 00:00           
Sürücülərin nəzərinə:
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texpasport) yenilənib.

Belə ki, artıq həmin sənəd daha kiçik ölçüyə sahib olmaqla yanaşı, funksionallığı artırılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq bir neçə gündür ki, sürücülərə yeni qeydiyyat şəhadətnaməsi təqdim olunur:

"Müasir standartlara uyğun olaraq nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin görünüşü dəyişib, ölçüləri kiçilib. Şəhadətnamə kiçik ölçülü olduğu üçün sürücünün onu üzərində daşıması daha rahatdır.

Hər iki səthində qoruyucu elementlər var, saxtalaşdırılması qeyri-mümkündür. Əvvəl qeydiyyat şəhadətnamələrində hər hansı bir qeydiyyatın aparılması mümkün idisə, yeni versiyada buna ehtiyac yoxdur".

"Qeydiyyatla bağlı dəyişiklik olursa, yeni şəhadətnamə alınmalıdır. Üzərində elektron daşıyıcı var ki, nəqliyyat vasitəsinə dair bütün məlumatlar burada öz əksini tapır", - deyə N.Piriyev qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru