Filippinin göyərtəsində 85 nəfərin olduğu hərbi təyyarəsi qəzaya uğrayıb

4-07-2021, 10:43           
Filippinin göyərtəsində 85 nəfərin olduğu hərbi təyyarəsi qəzaya uğrayıb
Filippində hərbi təyyarə qəzaya uğrayıb.

"Report" "Agency France Presse"yə istinadla xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələri məlumat yayıb.

Məlumata görə, hadisə zamanı təyyarədə 85 nəfər olub. Ölkə ordusunun generalı Sirilito Sobehana bildirib ki, qəzaya uğrayan C-130 təyyarəsinin alovlanan qalıqları altından 15 nəfər xilas edilib. Qeyd edilir ki, hadisə təyyarə Sulu əyalətinin Xolo adasına eniş edərkən baş verib.

"Hadisə yerində xilasedicilər işləyir, biz onların həyatının xilas olunması üçün dua edirik", - general deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru