Kabildəki partlayışlarda ABŞ-ın 4 hərbçisi həlak olub

27-08-2021, 00:14           
Kabildəki partlayışlarda ABŞ-ın 4 hərbçisi həlak olub
Əfqanıstanın paytaxtı Kabildə hava limanının yaxınlığında baş verən partlayışlar nəticəsində ABŞ-ın dörd dəniz piyadası həlak olub.

Cebhe.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ-ın Kabildəki diplomatik missiyasına istinadən məlumat yayıb.

Mənbə azı üç amerikalı əsgərin yaralandığını qeyd edir.

Yayılan məlumatlara görə, qurbanların arasında həm Əfqanıstan, həm də ABŞ vətəndaşları var.

Xatırladaq ki, bu gün Kabil hava limanı yaxınlığında baş verən partlayışlar zamanı 15 nəfər ölüb, 70-ə yaxın insan yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru